“Rabitə” bu mövsüm əla oyun sərgiləyərək, Avropanın ikincisi oldu”
11.03.2013 - 03:58
“Rabitə” bu mövsüm əla oyun sərgiləyərək, Avropanın ikincisi oldu”
“Azarkeşlər oyunun gedişində möhtəşəm ab-hava yaratmışdırlar. Onlar qarşısında qalib gəlmək çox xoş olmaqla yanaşı, böyük şərəfdir”. Bunu apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına açıqlamasında “Vakıfbank”ın voleybolçusu Gizem Güresen deyib.

Libero Çempionlar Liqasının finalında “Rabitə” ilə oyun barədə danışıb. O ikinci dəfə Avropanın ən güclüsü olduğu üçün sevincini gizlətməyib: “İkinci dəfə Çempionlar Liqasının qalibi olduğuma görə çox xoşbəxtəm. İnşallah, gələcəkdə də bu uğuru davam etdirərik. Çünki finaldakı atmosfer çox möhtəşəm idi. Fanatlarımız bizi matçın sonuna kimi dəstəklədilər”.

Çempionlar Liqasının ən yaxşı liberosu seçilən Guresen “Rabitə”nin də oyununu qiymətləndirib: “Rabitə” həqiqətən çox gözəl, güclü komandadır. Bu mövsüm hər oyununu layiqli qələbə ilə başa vurub. Amma finalda biz daha yaxşı oynadıq. Bu səbəbdən də qalib gəldik. Bakı klubunu da təbrik edirəm. Onlar ilboyu əla oyun sərgilərdilər, Avropanın ikincisi oldular. Finalda da həqiqətən voleybola yaraşan bir mübarizə getdi”.

Qeyd edək ki, finalda “Rabitə” uduzaraq, ikinci yeri tutub.