Cəlil Cəfərov: Bu, Azərbaycan üçün böyük nəticədir
11.03.2013 - 04:19
“Çempion ola bilmədiyimizə görə məyusuq. Çünki həqiqətən də hesab edirəm ki, bu dəfə bizim komanda güclü idi”. Bunu apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına açıqlamasında “Rabitə”nin prezidenti Cəlil Cəfərov deyib.
O, Bakı klubunun Çempionlar Liqasında oynamasına münasibət bildirib: “Məğlubiyyətimizdə tamaşaçı təsiri və “Dördlər finalı”nın Türkiyədə keçirilməsinin də böyük rolu oldu. Ən yaxşı voleybolçularımız öz oyunlarını tam nümayiş etdirə bilmədilər. Buna baxmayaq, “Rabitə” qısa – 5-6 il ərzində 2 dəfə Çempionlar Liqasının gümüş mükafatçısı, klublararası dünya çempionatının qalibi və ikincisi, həmçinin CEV kubokunun üçüncüsü olub. Hesab edirəm ki, bu, qısa vaxtda böyük yüksəlişdir. Bunu tək mən deyil, Avropa Voleybol Konfederasiyasının rəhbərliyi də deyir ki, “Rabitə” çox yüksək pilləyə qalxıb. Türkiyə komandalarının, o cümlədən “Vakıfbank”ın çempion olması üçün bəlkə də 50 il çalışdığını qəbul etməliyik. Hesab edirəm ki, gümüş medal Azərbaycan üçün böyük nəticədir. Bakı klubunun finalda oynaması çox yaxşı bir nailiyyətdir”.
Qeyd edək ki, finala kimi 1 oyun belə uduzmayan “Rabitə” həlledici matçda “Vakıfbank”a məğlub olub.

0
0