Malqorzata Qlinka “apasport”a danışdı
11.03.2013 - 10:00
Malqorzata Qlinka “apasport”a danışdı
“Matçın ən yaxşısı biz idik. Tamaşaçıların dəstəyi sayəsində rəqibin üstünlüyə yiyələnməsinə də imkan vermədik”. Bunu apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına açıqlamasında “Vakıfbank”ın voleybolçusu Malqorzata Qlinka deyib.

35 yaşlı polşalı ulduz Çempionlar Liqasının finalında “Rabitə” ilə oyunu şərh edib. Qlinka bildirib ki, ikinci dəfə İstanbul klubu ilə qitənin ən güclüsü olduğu üçün xoşbəxtdir: “Sözün düzü, “Rabitə”ni bu hesabla məğlub edəcəyimizi gözləmirdik. Lakin bu qələbəmizdə azarkeşlərin də rolu böyük oldu. Bu idmandır, qalib gəldiyimiz üçün biz sevinirik. “Rabitə”ni də təbrik edirik ki, onlar yarışı medalla başa vurdular”.

Qeyd edək ki, “Vakıfbank” “Rabitə”yə 3:0 hesabı ilə qalib gəlib.