“Bakı” paytaxt derbisinə hazırdır
11.03.2013 - 20:45
“Bakı” paytaxt derbisinə hazırdır
Topaz Premyer Liqasının final mərhələsinin ilk turunda evdə “Neftçi”ni qonaq edəcək “Bakı” bazasında keçirdiyi məşqlə hazırlıqlarını başa vurub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yüksək əhval ruhiyyə və əzmkarlıq ruhunda, təxminən, 90 dəqiqə hazırlıq keçən “zolaqlılar” oyun öncəsi son məşqinə bəzi itkilərlə çıxıb. Zədəli Aqil Nəbiyev və qızdırması olan Namiq Ələsgərov hazırlıqdan kənar qalıblar.

Əvəzedici komandanın bu gün keçirilən oyununda (3:2) çıxış edən Aqil Məmmədov və Nurlan Novruzov da məşqə qatılanar arasında yox idilər.

Futbolçular sabahkı Bakı derbisinə ciddi hazırlaşan “Bakı”nın meydana yalnız qələbə üçün çıxacağını, önəmli 3 xal uğrunda sonadək mübarizə aparacaqlarını bildiriblər.

Qeyd edək ki, “Bakı” – “Neftçi” qarşılaşması 12 mart 2013-ci il tarixdə “Bakı” futbol klubunun təlim-məşq bazasının stadionunda keçiriləcək. Oyun saat 15.00-da başlanacaq.