“Azərbaycandan gələn təklifə etiraz etmərəm”
14.03.2013 - 00:01
“İqtisadçı” voleybol klubunun sabiq baş məşqçisi Yan de Brandtın apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına müsahibəsi
- Azərbaycandan getdikdən sonra nə işlə məşğulsunuz?
- Bakıdan ayrıldıqdan sonra bir qədər ailəmlə qaldım. Çünki müəyyən müddət idi onlarla birgə ola bilmirdim. Ardınca universitetdə dərs deməyə başladım. Gənclərə menecmentlik ixtisasının sirlərini öyrədirəm. Amma bunu bitirib, yeni mövsümdən ölkə xaricində hansısa klubda işləmək istəyirəm. Çünki Belçikada qalıb, məşqçilik etmək çətindir. Həm də burada elə də möhtəşəm qadın klubları yoxdur ki, onlarla Avropada sözünü deyəsən.
- “İqtisadçı”dan ayrıldıqdan sonra Azərbaycan Super Liqasını izləyirsizmi?
- Əlbəttə, müntəzəm izləyirəm. Əsasən də xəbər agentlikləri vasitəsilə diqqətdə saxlayıram. Çünki Super Liqa Avropanın güclü çempionatlarından biri hesab olunur. Ölkənizlə əlaqələrim də davam edir. “Azərreyl”də statistik işləyən Onat Kurtla da tez-tez danışıqlarımız olur. Yəni, Azərbaycan məni həmişə maraqlandırır. Klublarınız barədə də ətraflı məlumatım var. “Rabitə”nin Çempionlar Liqasında final oynaması güclü olmasından xəbər verir. Bu, uğurunuzdur.
- İşsiz olduğunuzu dediz. “İqtisadçı”dan və ya Azərbaycanın hansısa klubundan təklif gəlsə, qəbul edərsizmi?
- Əlbəttə. İstənilən təklifə baxa, nəzərdən keçirə bilərəm. Azərbaycandan gələcək təklifə etiraz etmərəm.
- 2011-ci ildə sizin “İqtisadçı”dan ayrılmanız gözlənilməz oldu. Həmin vaxt nə baş verdi ki, yarışın bitməsinə bir neçə tur qalmış klubdan qəflətən getdiniz.
- Onda həm ailə, həm də bəzi özəl məsələlərlə bağlı məsələlər vardı. Buna görə də qərarımı verib, “İqtisadçı”dan ayrılmağa məcbur oldum. Atam, anam yaşlaşmışdılar, mən də 4 il idi ölkədən kənarda idim. Bununla yanaşı, müəyyən situasiya da yarandı və bu səbəblərdən Azərbaycandan ayrılmalı idim.
- Maraqlıdır, Azərbaycandan hansı xatirələrlə ayrıldız?
- Mən gəldiyim vaxt Azərbaycanı bir qədər xaotik də adlandırmaq olardı. Oyunların proqramı tez-tez dəyişirdi, bir də görürdün hansısa matçı təxirə saldılar. Konkret uzun müddətli proqram yox idi ki, biz ona uyğun işimizi davam etdirək. Yəni, bir az qarışıqlıq idi. Məsələn, pley-offa başlayanda hazırlıq üçün 1 aylıq vaxtımız vardı. Lakin sonra yenidən dəyişiklik reallaşdı. Hər şey gözlənilməz baş verdiyindən uyğunlaşmaq, oyuna hazırlıq çox çətin idi. Yaxud, hansısa oyundan sonra 10 gün görüşə çıxmalı deyildin. Bir də xəbər tuturdun ki, həmin həftə 3 görüşə çıxmalısan. Bir sözlə, qarışıqlıq vardı. Mən onları ittiham etmirəm və ya günahlandırmaq istəmirəm. Çünki Azərbaycan voleybol sahəsində tanınmaq istəyir, bu sahədə çox işlər görür. Amma hər dəqiqə hər şey yaxşı alınmır. Bilirəm, onlar da yaxşı alınmasını istəyir, buna cəhd göstərirlər. Amma həmişə də bu olmur.
- Belə çıxır ki, “İqtisadçı”dan gedənə kimi nəyisə yoluna qoya bilmədiz?
- Sonradan mən uyğunlaşdım, öyrəndim. Amma bir struktur olsaydı, daha yaxşı alınardı. Çünki onda hər şeyin yeri, vaxtı bilinir və daha dayanaqlı olur. Təbii ki, bu ildən-ilə yaxşılaşır, təkmilləşir. Buna görə də indiki vəziyyət əvvəlkindən daha yaxşıdır. Yəqin ki, proqram tutularkən artıq baş məşqçilərin də təkliflərini nəzərə alırlar. Ümid edərəm ki, gələcəkdə daha qaydasında olacaq.
- Super Liqa ilə proqnozunuz necədir? Sizcə, bu il kimin çempion olmaq şansı yüksəkdir?
- Bu bir qədər çətin sualdır. Çünki hazırda “Rabitə”, “Azərreyl”, “İqtisadçı” və “Lokomotiv” çox güclüdür. Bunun üçün də hansının çempion olacağını əvvəlcədən demək bir qədər çətindir. Həm də qızıl medalları qazanmağa növbəti oyunların gedişindən asılı olaraq, hansısa zədə və gözlənilməz nəticə də problemi ola bilər. Lakin bu baş verməzsə, sonda güclü öz yerini tutacaq.

0
0