Belarus – Slovakiya matçı azərbaycanlı hakimə tapşırıldı
27.03.2013 - 18:42
Belarus – Slovakiya matçı azərbaycanlı hakimə tapşırıldı
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Əliyev yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) ədalət təmsilçimiz növbəti dəfə etimad göstərib.

Belə ki, Əliyev qadın voleybolçular arasında Avropa çempionatının pley-off mərhələsində Belarus – Slovakiya matçını idarə edəcək. O, görüşdə baş hakim olacaq. Həmyerlimizə finlandiyalı Kari Partiainen köməklik edəcək.

Maraqlıdır ki, bu cütün qalibi finalda Azərbaycan yığmasına rəqib olacaq. Qrupda Faiq Qarayevin yetirmələri ilə yanaşı, Xorvatiya və Rusiyada onların güclüsünü gözləyir.

Qeyd edək ki, görüşün vaxtı hələ dəqiqləşməyib. Matç 29 may – 2 iyun tarixləri arasında keçirilməlidir. Cavab oyunu isə bir həftə sonra Slovakiyada olacaq.