“Azərreyl” yenə uduzdu, “Rabitə”dən asan qələbə
28.03.2013 - 20:36
Bu gün Super Liqada XXI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “İqtisadçı”nın istirahət etdiyi gündə əsas komandalar “əvəzediciləri” ilə qarşılaşıb. Bu səbəbdən turda hansısa sensasiya və ya turnir cədvəlində yerdəyişmənin olacağı inandırıcı görünmürdü. Lakin 3 xalı 3 setdə qazanan “Rabitə” və “Lokomotiv”dən fərqli olaraq “Azərreyl” turu xalsız başa vurub.
Tura “Lokomotiv Biləcəri” – “Lokomotiv” matçı ilə start verilib. Görüşdə ikincilər ilk 2 dövrədəki kimi asan qalib gəliblər.
Birinci hissəni 11 top irəlidə bitirən “Lokomotiv” ardınca Biləcəri təmsilçisinin müqaviməti ilə üzləşsə də, qələbə qazanıb – 25:21. Üçüncü set isə daha maraqsız keçib və bu dəfə də əsas komanda üstün olub – 25:15.
*****
“Azərreyl” – “Bakı-Azəryol” görüşünün haradasa maraqlı keçəcəyi ilə bağlı ümidlər özünü doğruldub. Belə ki, ilk 2 dövrədə rəqibinə 3 setdə uduzan sonuncular bu dəfə rəqibini xalsız qoyub. Ötən turda gözlənilmədən “Lokomotiv”ə uduzan “dəmiryolçular” qisaslarını “əvəzediciləri”ndən almağı planlaşdırsa da, bu gerçəkləməyib. Yalnız 2-ci setdə qələbə qazanan “Azərreyl” bunu da çətinliklə bacarıb – 25:22. çempionluq iddiasından uzaqlaşan komandanın özü isə uduzduğu setlərdə 20 xala da yığmayıb.
*****
Günə “Telekom” - “Rabitə” qarşılaşması ilə yekun vurulub. Burada da Azərbaycan çempionunun çətinlik çəkmədən qalib gəlib. “Rabitə” oyunun taleyini 3 setdə həll edib. “Telekom” isə 3 setdə cəmi 41 xal yığmağı bacarıb.
28 mart
XXI tur
“Lokomotiv Biləcəri” – “Lokomotiv” - 0:3 (14:25, 21:25, 15:25)
İlk oyun: “LOKOMOTİV BİLƏCƏRİ” – “LOKOMOTİV” - 0:3 (18:25, 20:25, 17:25)
İkinci oyun: “LOKOMOTİV” – “LOKOMOTİV BİLƏCƏRİ” - 3:0 (25:16, 25:16; 25:15)
“Azərreyl” – “Bakı-Azəryol” - 1:3 (18:25, 25:22, 19:25, 19:25)
İlk oyun: “AZƏRREYL” – “BAKI-AZƏRYOL” - 3:0 (25:17, 25:18, 30:28)
İkinci oyun: “BAKI-AZƏRYOL” – “AZƏRREYL” - 0:3 (16:25; 27:29; 23:25)
“Telekom” – “Rabitə” - 0:3 (16:25, 14:25, 11:25)
İlk oyun: “TELEKOM” – “RABİTƏ” - 0:3 (15:25, 18:25, 18:25)
İkinci oyun: “RABİTƏ” – “TELEKOM” - 3:0 (25:16, 25:14, 25:12)
Qeyd edək ki, oyunlar Voleybol Mərkəzində keçirilib.

1 | Rabitə | 17 | 15 | 2 | 48-13 | 1504-1174 | 46 |
2 | İqtisadçı | 16 | 12 | 4 | 39-19 | 1358-1171 | 35 |
3 | Azərreyl | 16 | 11 | 5 | 38-17 | 1312-1150 | 34 |
4 | Lokomotiv | 16 | 10 | 6 | 37-23 | 1358-1245 | 30 |
5 | Bakı-Azəryol | 17 | 8 | 9 | 30-32 | 1373-1372 | 23 |
6 | Telekom | 17 | 2 | 15 | 6-45 | 916-1240 | 6 |
7 | Lokomotiv-Biləcəri | 17 | 0 | 17 | 2-51 | 851-1320 | 0 |

0
0