“Azərbaycanda bütün nəticələr nəzərə alınır” - MÜSAHİBƏ
08.04.2013 - 09:50
“Azərreyl”in voleybolçusu Milena Radeçka vətəni Polşada müsahibə verib. Apasport.az saytının məlumatına görə, son turlar üzləşdikləri məğlubiyyətlərdən sonra çempionatda şanslarını dəyərləndirən voleybolçu Azərbaycan Super Liqasının təşkilatçılığından danışıb.
- “Lokomotiv”, “Bakı-Azəryol”, ardınca “Rabitə”yə məğlubiyyətlərdən sonra liderdən 12 xal geri qalırsız. Belə vəziyyətdə çempionluq şansınızı necə qiymətləndirirsiz?
- Vəziyyətimiz çox çətindir. Əgər hesabat turunda “Rabitə”yə qalib gəlsəydik, şanslarımız daha çox olardı.
- Azərbaycan çempionatının yüksək səviyyədə olması hamıya bəllidir. Orda təşkilatçılıq və idman mübarizəsi daxildən necə görünür?
- IV dövrənin oyunlarının tam təqvimi çox gec bəlli oldu. Bu üzdən nə vaxt kiminlə oynayacağımıza uyğun olaraq hazırlıq proqramı qura bilmədik. Çempionatın bitmə tarixi də əvvəldən dəqiq bilinmirdi. Oyunların təxirə salınması isə burada problem deyil. Məsələn, son günlərdə Novruz bayramı ilə əlaqədar turun görüşləri keçirilmədi. Bu təxirəsalma da oyunlardan bir neçə gün əvvəl bilindi.
- Dünyanın əksər liqalarından fərqli, Azərbaycanda çempion pley-off mərhələsi keçirmədən bəlli olur...
- Bu daha ədalətli sistemdir. Polşada bir neçə dəfə elə olub ki, hansısa komanda əsas mərhələdə çox yaxşı oynayaraq, birinci olub. Lakin ilin sonunda pley-offda çempionluğu əldən verib. Azərbaycanda isə mövsüm ərzində bütün nəticələr nəzərə alınır. Belə çempionatda hansısa zaman kəsiyində zəif çıxış etmək mümkün deyil.
- İkinci fərq ondadır ki, Azərbaycan klublarında transferlər kifayət qədərdir. Bu sizin oyununuza necə təsir edir?
- Xoşbəxtlikdən mövsümün gedişində “Azərreyl”də o qədər çox islahatlar olmadı. Bizə sonradan cəmi 2 voleybolçu qoşuldu. Son vaxtlar müəyyən dəyişikliklər diqqət çəkir. Lakin bu ümumilikdə çıxışa təsir etmir. Təcrübə imkan verir ki, istənilən voleybolçu başqa ampluada belə oynasın.

0
0