Yığmamızın baş məşqçisinin adı rəsmən açıqlandı
11.05.2013 - 10:01
Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 3 illik fasilədən sonra komanda yenə Sahib Əliyevə tapşırılıb.
Onun qarşısına əsas vəzifə kimi dünya çempionatının I təsnifat mərhələsində uğurlu çıxış tapşırığı qoyulub. Köhnə-yeni baş məşqçiyə köməkliyi isə Yuri Kartalis edəcək.
Qeyd edək ki, az öncə bolqarıstanlı Plamen Xristovun millimizi çalışdıracağı gündəmdə idi. Lakin federasiyanın onunla müqavilə şərtlərində razılığa gələ bilməməsi əcnəbi mütəxəssisin vətəninə dönməsi ilə nəticələnmişdi.

0
0