“Lokomotiv”dən 4 imza
13.05.2013 - 10:20
“Lokomotiv”dən 4 imza
“Lokomotiv” 4 voleybolçu ilə müqaviləsini yeniləyib. Apasport.az saytının məlumatına görə, son mövsümdə heç bir uğur qazana bilməyən “dəmiryolçular” Mariya Filipova (Bolqarıstan), Olqa Palçevskaya, Vera Klimoviç (hər ikisi Belarus) və Aleksandra Samoylova (Rusiya) ilə yenidən anlaşıblar. Onlar növbəti mövsümdə də “Lokomotiv”in uğurları üçün çalışacaqlar.

Qeyd edək ki, Bakı təmsilçisi bu voleybolçulardan öncə argentinalı Kladio Kuellonu baş məşqçi postuna gətirmişdi.