“Azərbaycanda İtaliya üçün çox darıxacağam”
20.05.2013 - 15:18
“Lokomotiv” klubunun yeni transferi Lauren Gibbermeyer keçidinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, İtaliya “Pesaro”sunu Bakı təmsilçinə dəyişən amerikalı legioner ölkəmizdə Apennin yarımadası üçün darıxdığını deyib.
Gibbermeyer bildirib ki, yeni mövsümə yeni klubla başlayacaq: “Mən artıq “Lokomotiv”in oyunçusuyam. Azərbaycan təmsilçisi ilə müqaviləyə imza atdım. Qarşıdakı mövsümdə bu ölkədə çıxış edəcəyəm. Lakin buna baxmayaraq, İtaliya üçün çox darıxacam. Çünki Apennin yarımadasında çıxış etdiyim zaman buraya öyrəşmişdim”.
Qeyd edək ki, Lauren “Lokomotiv”lə 1 illik müqavilə bağlayıb.

0
0