Paytaxt klubu “Dördlər finalı”nı keçirməyə iddialıdır
21.05.2013 - 12:44
Qadın voleybolçular arasında Çempionlar Liqasının 2013/2014 mövsümünün “Dördlər finalı” Kazanda keçirilə bilər. Apasport.az saytının məlumatına görə, “Rabitə”, “Azərreyl” və “İqtisadçı”nın qatılacağı möhtəşəm yarışın Tatarıstan paytaxtında keçirilməyi ilə bağlı Rusiyanın 3 qat çempionu “Zenit” Muxtar Respublika rəhbərliyinə müraciət edib. Özü də qadın voleybolçuların Tatarıstanın prezidenti Rüstəm Minnixanovla görüşündə xahişi bu mövsümü “qızıl dubl”la başa vuran Kazan “Dinamo”sunun təcrübəli oyunçusu Yekaterina Qamova edib.
Rəhbərlik respublikaya ilk və bu mövsüm hələ ki yeganə qızıl medal qazandıran komandanı dəstəkləmək fikrindədir. Kazanlılar Rusiya Voleybol Federasiyasından Avropa Voleybol Konfederasiyasına göndəriləcək sifariş vərəqəsini dəstəkləməyi xahiş edərək, turnirin yüksək səviyyədə keçirilməsinə zəmanət veriblər.
Qeyd edək ki, sonuncu dəfə Rusiyada klub turnirinin “Dördlər finalı” 2006-cı ildə Moskvada olub. Həmin vaxt “Top-komandalar kuboku”nu qəbul edən şimal qonşularımız Çempionlar Liqasında analoji mərhələyə 2001-ci ildə Nijni Taqildə ev sahibliyi edib.

0
0