İvan Raiçdən millimizə 24 zərbə
25.05.2013 - 13:42
İvan Raiçdən millimizə 24 zərbə
Dünya çempionatının I təsnifat mərhələsində Xorvatiya – Azərbaycan matçının ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, rəqibin 3:1 hesabı ilə qalib gəldiyi görüşdə İvan Raiç bombardir adına layiq görülüb.

O, Sahib Əliyevin yetirmələrini 24 dəfə cəzalandırıb. Yığmamızın heyətində isə ən məhsuldar voleybolçu Aleksandr Teterin olub. Təmsilçimizin 10 zərbəsi dəqiq alınıb. Digər oyunçularımıza gəlincə, Pərviz Səmədov 9, Yevgeni Kovalenko 8, Dmitri Obodnikov 7, Vüqar Bayramov 6 və Aleksey Çervyakov 3 xal toplayıb.
0