Dünya çempionatının 6 iştirakçısı müəyyənləşdi
03.09.2013 - 17:51
Dünya çempionatının 6 iştirakçısı müəyyənləşdi
Qadın voleybolçuların klublararası dünya çempionatının bütün iştirakçılarının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu “Rabitə”nin ardıcıl 2 il qatıldığı yarış bu dəfə təmsilçimiz olmadan baş tutacaq.

Bu il dekabrın 8-dən 13-dək İsveçrənin Sürix şəhərində baş tutacaq yarışda meydan sahibi kimi qatılacaq “Volero” və 5 konfederasiyanın qalibi çıxış edəcək. Bunlar Avropa Çempionlar Liqasının qalibi “Vakifbank” (Türkiyə), Cənubi Amerikanın ən yaxşısı “Unilever” (Braziliya), Afrika təmsilçisi “Keniya Prisons” (Keniya), Asiya klublararası çempionatının qalibi “Quanqdonq Everqrand” (Çin) və Şimali Amerikada hamını üstələyən “Yova Ays” (ABŞ) planetin ən yaxşısı adı uğrunda yarışacaq.

Qeyd edək ki, dünya çempionatının loqosu da yenilənib.