“Omiçka”nın baş məşqçisindən 2 “azərbaycanlı”ya etimad
04.09.2013 - 08:18
“Omiçka”nın baş məşqçisindən 2 “azərbaycanlı”ya etimad
Qadın voleybolçulardan ibarət Serbiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Zoran Terziç sentyabrın 6-da Almaniya və İsveçrədə start götürəcək Avropa çempionatında güvənəcəyi oyunçuları müəyyənləşdirib.

Rusiyanın “Omiçka” klubunu da çalışdıran təcrübəli mütəxəssis yekun “14-liy”ə Azərbaycan Super Liqasından 2 voleybolçunu da daxil edib. Bunlar “Rabitə”nin blokçusu Nataşa Krsmanoviç və “Lokomotiv”in liberosu Suzana Sebiçdir.

Qeyd edək ki, Serbiya Bolqarıstan, Polşa və Çexiya ilə birgə D qrupunda yer alıb.