Millimiz 1 pillə gerilədi
04.09.2013 - 08:48
Millimiz 1 pillə gerilədi
Beynəlxalq Voleybol Federasiyası (FİVB) qadın milli komandalarının reytinq cədvəlini tərtib edib. Apasport.az saytının məlumatına görə, Qran-pri turnirinin yekunlarına əsasən açıqlanan siyahıda Azərbaycan yığması geriləyib.

Komandamız həmin yarışda iştirak etmədiyi üçün 1 pillə aşağı düşüb. Belə ki, millimiz bu dəfə 35-ci deyil, 36-cı yerə şərik olub. Hesabında 18 xalı komandamız Tunis və Rumıniya ilə birgə 36-38-ci yerləri bölüşdürür.

Avro-2013-də rəqibimiz olacaq Rusiya reytinq xalını yüksəltsə də (175), yenə 6-cıdır. Onlardan kimi Xorvatiya da yerində qalıb. Hesabında 22 xalı olan xorvatlar Bolqarıstanla 31-ci yerə şərikdirlər. Belarus isə Azərbaycandan aşağı mövqedə qərarlaşıb. Slavyanlar da təmsilçimiz kimi 1 pillə geriləyib, Çili və Belçika ilə 39-41-ci pillələri bölürlər.

Siyahıya Braziliya (320) başçılıq edir. Qran-prinin qalibi olan cənubi amerikalılar ABŞ-la (305) yerlərini dəyişiblər. İlk “üçlüyü” isə Yaponiya qapayır. Onların aktivində 291 xalı var.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 6-da başlayacaq.