“Fənərbaxça”nın baş məşqçisi üçün Azərbaycandan 2 oyunçu - FOTO
04.09.2013 - 17:45
“Rabitə”nin sabiq baş məşqçisi Marçello Abbondanza Avropa çempionatı üçün Bolqarıstan millisinin yekun heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, karyerasını “Fənərbaxça”da davam etdirəcək italiyalı mütəxəssis Azərbaycan Super Liqasından 2 voleybolçunu da siyahıya salıb.
O, sentyabrın 6-da Almaniya və İsveçrədə start götürəcək final mərhələsində “Lokomotiv”in liberosu Mariya Filipova və “Azəryol”un toppaylayıcısı Lora Kitipovanın da köməyindən istifadə edəcək.
Qeyd edək ki, Bolqarıstan Sebiya, Çexiya və Polşa ilə birgə D qrupunda yer alıb.

0
0