“Azərbaycan yığması ilə oyunu gözləyirik”
05.09.2013 - 09:58
“Azərbaycan yığması ilə oyunu gözləyirik”
“Komandanın durumu yüksək səviyyədədi. Voleybolçuların özünə inamı və iddiaları böyükdü”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Xorvatiya millisinin baş məşq İqor Lovrinov deyib.

Təcrübəli mütəxəssis bildirib ki, Almaniya və İsveçrədə sabah start götürəcək Avropa çempionatını səbirsizliklə gözləyirlər. Onun sözlərinə görə, düşərgədə ab-hava yüksəkdi və ilk hədəfləri qrupdan çıxmaqdı: “İstəyimizə çatmaq üçün mübarizədə Azərbaycan, Rusiya və Belarus matçları gözləyirik. Bu qarşılaşmalarda yalnız növbəti mərhələyə vəsiqə haqda düşünəcəyik”.

Qeyd edək ki, artıq C qrupunun görüşlərinin keçiriləcəyi Drezdenə gələn xorvatlar ilk matçlarını sabah millimizə qarşı keçirəcəklər.