Bircə Azərbaycan yığması qaldı...
05.09.2013 - 15:11
Bircə Azərbaycan yığması qaldı...
Qadın voleybolçulardan ibarət Belarus millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, final mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan slavyanların baş məşqçisi Viktor Qonçarov Drezdenə 14 voleybolçu gətirib. Onlardan 7-si legionerdir və 6 müxtəlif ölkədə çıxış edirlər. Qonçarov son anda yalnız Tatyana Serikdən imtina edib.

Heyətdə həmçinin, 1 “azərbaycanlı” da yer alıb. Bu, “Lokomotiv”lə “Çelenc Cup”ın qalibi və Super Liqanın gümüş mükafatçısı Vera Klimoviçdir.

Toppaylayıcılar: Olqa Palçevskaya (klubsuz), Natalya Tsupranova (Neman)
Blokçular: Anna Kalinovskaya (Suhl, Almaniya), Anna Şevçenko (Minçanka), Vera Klimoviç (Lokomotiv, Azərbaycan), Anjelika Boriseviç (Neman-QrQU)
Hücumçular: Marina Tumas (Beşiktaş, Türkiyə), Viktoriya Yemelyançuk (Jetısu, Qazaxıstan), Kristina Mixaylenko (İrtış, Qazaxıstan), Tatyana Markeviç (Agel, Çexiya), Anastasiya Qarelik (Ximik, Ukrayna), Nedejda Molosay (Proton, Rusiya)
Libero: Olqa Pavlyukovskaya (Politexnika), Yelena Burak (Minçanka)

Qeyd edək ki, Almaniya və İsveçrədə sabah start götürəcək yarışın C qrupuna Drezden ev sahibliyi edəcək. Qrupumuzda Belarusla yanaşı, Xorvatiya və Rusiya milliləri yer alıb. Azərbaycan istisna olmaqla, artıq bütün komandalar son heyətlərini açıqlayıblar.