Azərbaycan millisinin 5-ci cəhdi - STATİSTİKA
05.09.2013 - 15:59
Azərbaycan millisinin 5-ci cəhdi - STATİSTİKA
Sabah Almaniya və İsveçrədə start götürəcək Avropa çempionatı Azərbaycan millisinin 5-ci cəhdi olacaq. Apasport.az saytının məlumatına görə, ilk dəfə 2005-ci ildə bu mötəbər yarışa qatılan Faiq Qarayevin yetirmələri artıq final mərhələlərinin ənənəvi iştirakçılarına çevrilib.

Ardıcıl 5-ci dəfə Avropa çempionatının həlledici mərhələsinə yüksələn komandamızın arxada qalan 4 yarışda ən yaxşı nəticəsi 4-cü yerdir. 8 il əvvəlki debütdə yarımfinala yüksələn, lakin son 2 oyunu uduzmaqla medalsız qalan millimiz növbəti 3 çempionatda heç ilk “səkkizliyə” də düşməyib.

Amma millimizin 1 uğurlu tendensiyası da var ki, komandamız heç vaxt mübarizəni qrupda dayandırmayıb. Final mərhələsində ən pis nəticəsi 12-ci yer olan təmsilçimiz bu turnirlərdə 7 qələbə qazanıb, 16 dəfə məğlub olub.

Maraqlıdır ki, indiki rəqiblərimizdən olan Rusiya medalın bir addımlığında olduğumuz çempionatda voleybolçularımızın bürünc arzusunun üstündən xətt çəkib. 8 il əvvəl Xorvatiyada ruslar komandamızı 3:0 hesabı ilə məğlub edib.

Azərbaycan yığması Avropa çempionatının final mərhələlərində
İl
O
Q
M
S
X
Tutduğu yer
2005
7
4
3
12-11
11
IV
2007
6
1
5
4-15
7
XII
2009
6
1
5
6-15
7
XII
2011
4
1
3
6-10
3
IX
Yekun
23
7
16
28-51
28