Millimizdə ciddi problem: Yana yana-yana qaldı!
05.09.2013 - 23:03
Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi Faiq Qarayev Avropa çempionatının final mərhələsində güvənəcəyi “12-liyi” müəyyənləşdirib.
Təcrübəli mütəxəssis yarışda Natalya Məmmədova, Kseniya Kovalenko, Natavan Qasımova, Valeriya Korotenko, Anastasiya Qurbanova, Odina Əliyeva, Ayşən Abduləzimova, Yelena Parxomenko, Aynur Kərimova, Oksana Kiselyova, Polina Rəhimova və Şəfaqət Həbibovanın xidmətindən yararlanacaq.
Göründüyü kimi, heyətdə təcrübəli Yana Ağayeva yer almayıb. Buna səbəb milliləşdirilmiş hücumçunun final mərhələsində oynamasına icazə verilməməsidir. Azərbaycan Voleybol Federasiyası slovakiyalıya lisenziya almaq üçün müraciət etsə də, bu məsələ ilə bağlı müsbət cavab verilməyib.
Qurumun mətbuat xidmətinin rəhbəri Zöhrab Gözəlbəyli “apasport”a açıqlamasında bildirib ki, Ağayeva dekabrın 15-dən sonra millimizdə oynaya biləcək: “Ağayevanın final mərhələsində oynayıb-oynamaması ilə bağlı qəti nəsə söyləyə bilmirəm. Biz hələ də məsələnin müsbət həll olunacağına ümid edirik. Amma onu dəqiq deyə bilərəm ki, Yana gələn il 100 faiz millimizin şərəfini qoruya biləcək. Hətta beynəlxalq qurum bizə güzəştə gedib, onun dekabrın 15-dən sonra da oynamasına icazə verib”.
Federasiya rəsmisi Ağayevanın Avropa çempionatının seçmə mərhələsində oynamasına, ardınca lisenziyasının alınmasına da aydınlıq gətirib: “Yaranan problem onunla bağlıdır ki, voleybolçu çıxış etdiyi millini dəyişirsə, burada “karantin” müddəti olur. Yəni oyunçu müəyyən müddətdən sonra başqa ölkə adına oynaya bilər. Yana da həmin vaxtın bitməyini gözləməlidir. Düzdür, voleybolçumuz seçmə mərhələnin bir oyunda meydana çıxıb. Lakin bu Avropa Voleybol Konfederasiyasının səhvi olub. Qurub ona lisenziya verərkən yanlışlığa yol verib. Yalnız bundan sonra CEV öz səhvini düzəldərək, onun oynamaq icazəsini ləğv edib”.
Qeyd edək ki, Ağayeva hazırda milli ilə birgə Drezdendədir. Çempionata isə bu gün start veriləcək.

0
0