Yığmamız Avropa çempionatına məğlubiyyətlə başladı
06.09.2013 - 20:53
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Almaniya və İsveçrənin ev sahibliyi etdiyi yarışda Azərbaycan yığması ilk matçını Xorvatiyaya qarşı keçirib.
Bu həm də Faiq Qarayevin rəhbərlik etdiyi komandanın yer aldığı C qrupunun Drezdendəki açılış oyunu olub. Voleybolçularımız görüşün favoriti hesab olunsalar da, startda məğlubiyyətlə barışıblar. Komandamız ilk setdə 15:25, ikincidə 22:25, son setdə 21:25 məğlub olublar.
Azərbaycan voleybolçuları növbəti oyununu sabah Belarus yığmasına qarşı keçirəcəklər. Digər qarşılaşmada isə Rusiya ilə Xorvatiya üz-üzə gələcək.
6 sentyabr
AZƏRBAYCAN – XORVATİYA - 0:3 (15:25, 22:25, 21:25)

0
0