“Onun bizim üçün vacib oyunçu olmasını inkar edə bilmərik”
06.09.2013 - 08:48
“Onun bizim üçün vacib oyunçu olmasını inkar edə bilmərik”
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev Avropa çempionatı öncəsi fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis qrup mərhələsində oyunlarımızın keçiriləcəyi Drezdendə baş tutan mətbuat konfransında yığmamızın kapitanı Natalya Məmmədovanın gücündən və təcrübəsindən də danışıb.

O bildirib ki, “Omiçka”da oynayan hücumçumuz millimiz üçün vacib simadır: “Voleybolun komanda oyunu olmasına baxmayaraq, Natalya Məmmədovanın bizim üçün vacib oyunçu olmasını inkar edə bilmərik. O, bizim komandanın lideridir. Hamı üçün nümunədir. Gənc voleybolçular ondan örnək götürə bilər”.

Qeyd edək ki, millimiz C qrupunda Xorvatiya, Belarus və Rusiya ilə gücünü sınayacaq.