Əfsanəvi məşqçi: Azərbaycanla oyunlar asan olmayacaq
06.09.2013 - 09:51
Əfsanəvi məşqçi: Azərbaycanla oyunlar asan olmayacaq
“Birinci mərhələni uğurla keçə bilərik. Mən buna əminəm”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Rusiya millisinin sabiq baş məşqçisi Nikolay Karpol deyib.

Hazırda “Uraloçka”nı çalışdıran əfsanəvi mütəxəssis bu gün Almaniya və İsveçrədə start götürəcək Avropa çempionatını şərh edib.

O, bildirib ki, Azərbaycan, Belarus və Xorvatiya ilə C qrupunda yer alan sabiq komandası növbəti mərhələyə birinci yerlə yüksəlməlidir: “Düşünürəm ki, qızlarımız ciddi qrupa düşüblər. Lakin bu heç də ən güclü qrup deyil. Belarus millisi ciddi, Xorvatiya güclü rəqibdi. Azərbaycanla da oyunlar asan olmayacaq. Lakin hər şey komandamızın hansı durumda olmasından asılıdı. İndidən nəsə söyləmək çətindi. Qrupda qalib olmaq üçün mübarizə aparmaq olar”.

Qeyd edək ki, Azərbaycan Rusiya ilə sentyabrın 8-də oynayacaq.