“Karantin”də qalan Yana Ağayeva: Çox təəssüflər olsun ki...
06.09.2013 - 14:26
“Bu gün millimiz ardıcıl 5-ci dəfə Avropa çempionatının final mərhələsində iştiraka start verəcək və inanıram ki, Azərbaycanı layiqincə təmsil edəcək”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin voleybolçusu Yana Ağayeva deyib.
Almaniya və İsveçrədə bu gün başlayacaq Avropa çempionatına komandamızla bir hazırlaşıb, onun uğurlu çıxış etməsində pay sahibi olmaq istəyən hücumçumuzun son anda heyətdə yer almasında problem yarandı. Milliləşdirilmiş legionerimizin “karantin” müddəti başa çatmadığından ona beynəlxalq qurum lisenziya vermədi və Yananın ən tez dekabrın 15-də Azərbaycan formasında meydana çıxacağı bildirildi.
Ağayeva bunun üçün çox təəssüfləndiyini açıqlayıb: “Mən də millimizin heyətində rəqiblərimizə qarsı mübarizə aparmaq istəyirdim. Amma çox təəssüflər olsun, bu Avropa çempionatında bunu həyata keçirə bilməyəcəm. Qarsıda yığmamızı dünya çempionatına vəsiqə qazanmaq üçün seçmə mərhələ matçları gözləyir. İnşallah, mən də bu zaman millimizin formasını geyinəcəm və çalışacam ki, Azərbaycan millisinə layiqli oyun nümayiş etdirim”.
Yarışı azarkeş kimi izləyəcək Yana komanda yoldaşlarına uğurlar arzulayaraq, onların mükafatçılar sırasına düşəcəyini bildirib: “İnanıram ki, bu Avropa çempionatından vətənə medallarla dönəcəyik. Çünki komandamız güclüdür və buna layiqdir”.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Xorvatiya, Belarus və Rusiya millisi ilə qarşılaşacaq.

0
0