“Azərbaycan yığmasının heyətində əla oyunçular toplaşıb” - FOTO
06.09.2013 - 16:16
“Azərbaycan yığmasının heyətində əla oyunçular toplaşıb” - FOTO
“Əsas rəqibimiz Azərbaycan millisidi”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Zariçye-Odintsova” voleybol klubunun baş məşqçisi Vadim Pankov deyib.

Təcrübəli mütəxəssis Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb.

O, championat.com portalına müsahibəsində Rusiya ilə eyni qrupda yer alan Azərbaycan, Xorvatiya və Belarus millilərinin gücünü müqayisə edib: “Azərbaycan yığmasının heyətində əla oyunçular toplaşıb, hətta bizim çempionatda oynayan voleybolçular da var. Məsələn, Natalya Məmmədova. Elə Polina Rəhimova da çox yaxşıdır. Onların I tempi də təcrübəlidir. Belarusa gəlincə, bu yığmada yaxşı komandadır. Bəlkə də onlar taktiki cəhətdən o qədər də savadlı deyillər. Amma yaxşı voleybol nümayiş etdirirlər. Xorvatiya isə bizim “dördlük”də digərləri ilə müqayisədə ən zəifidir”.

Qeyd edək ki, Almaniya və İsveçrənin ev sahibliyi olduğu Avropa çempionatı bu gün start götürür.