Aleksandr Çervyakov: Faiq Qarayev o qədər məyusdur ki...
07.09.2013 - 09:15
“Baş məşqçimiz Faiq Qarayev o qədər məyusdur ki, KİV nümayəndələri ilə danışacaq durumda deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi Aleksandr Çervyakov deyib.
Çalışdırıcı Avropa çempionatının final mərhələsinin Xorvatiya ilə ilk oyunundan sonra matç haqda fikirlərini açıqlayıb. Çervyakov baş məşqçi Faiq Qarayevin mətbuat konfransına qatılmamasının səbəbini 0:3 hesablı məğlubiyyətlə izah edib: “Xahiş edirəm ki, durumumuzu başa düşəsiniz. Çempionatın startı bizim üçün uğursuz alındı. İndi bizim üçün ən vacib olanı sabahkı oyuna hazırlaşmaqdır. Çalışacağıq ki, səhvlərimizi azaldaq. Çünki Belarusla görüş bizim üçün həlledici xarakter daşıyır”.

0
0