“Bizdə Xorvatiyanın qurduğu taktikaya qarşı açar yox idi”
07.09.2013 - 09:50
“Bizdə Xorvatiyanın qurduğu taktikaya qarşı açar yox idi”
“İlk növbədə özümün göstərdiyim oyuna görə çox üzgünəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının lideri Natalya Məmmədova deyib.

Təcrübəli hücumçumuz Avropa çempionatının final mərhələsinin ilk oyunu haqda fikirlərini açıqlayıb. Natalya Xorvatiyaya 0:3 hesablı yenilgini rəqibin taktikası ilə izah edib: “Bizdə Xorvatiyanın qurduğu taktikaya qarşı açar yox idi. İndi biz bu məğlubiyyəti tez unutmalıyıq Qarşıdan gələn Belarusla oyunda isə öz gücümüzü göstərməliyik”.