“Bu konsentrasiyanı matçın son zərbəsinə qədər qoruya bildik”
07.09.2013 - 10:58
“Bu konsentrasiyanı matçın son zərbəsinə qədər qoruya bildik”
“Avropa çempionatına çox yaxşı hazırlaşmışıq. Üstəlik yaxşı formadayıq. Özü də buna lazım olan anda çatmışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Xorvatiya millisinin kapitanı Sanya Popoviç deyib.

Təcrübəli idmançı Avropa çempionatının final mərhələsinin startında baş tutan Azərbaycanla oyun haqda fikirlərini açıqlayıb. Popoviç 3:0 hesablı qələbəni matça köklənmə ilə izah edib: “Son yoxlama oyunları ilə müqayisədə böyük irəliləyiş etmişdik. Biz Azərbaycanla oyuna yaxşı köklənmişdik. Bu konsentrasiyanı matçın son zərbəsinə qədər qoruya bildik”.