Kapitan kölgədə qaldı
07.09.2013 - 11:50
Kapitan kölgədə qaldı
Qadın voleybolçular arasında Avropa çempionatının ilk turunun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan – Xorvatiya oyununun ən məhsuldar oyunçusu balkanlıların üzvü Sanya Popoviç olub. Rəqibimizin kapitanı 3 setdə 17 xal toplamaqla komandasının 3:0 hesablı qələbəsinə töhvə verib.

Azərbaycan millisinin ən yaxşısı isə Polina Rəhimova olub. O, 15 xalla matçın 2-cisidir. Komandamızın lideri və kapitanı Natalya Məmmədova isə bu görüşdə kölgədə qalıb. Keçirdiyi oyunların böyük hissəsində hamıdan məhsuldar olan bombardir bu dəfə 9 xalla oyunun 5-cisi, millimizin 2-cisi kimi fərqlənib.