“Azərbaycanla görüşün nəticəsinə görə qorxuram”
07.09.2013 - 12:11
“Azərbaycanla görüşün nəticəsinə görə qorxuram”
“Hesab edirəm ki, milli komandada əhval-ruhiyyədəki problemi qaldıra biləcək adam var. Bu, oyunlardan lazımi nəticəni çıxaran baş məşqçidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı futbol veteranı Yevgeni Lovçev deyib.

Mətbuatda ekspert kimi çıxışları ilə də tanınan sabiq futbolçu millisinin DÇ-2014-ün seçmə mərhələsindəki çıxışından danışıb: “Əminəm ki, növbəti 2 oyunda qələbə qazanacağıq. İsraillə və dünən qalib gəldiyimiz Lüksemburqla növbəti qarşılaşmada udacağıq. Lakin Azərbaycanla görüşün nəticəsinə görə qorxuram. Çünki biz keçmiş SSRİ respublikalarının komandalarına qarşı oyunlarda həmişə çətinlik çəkirik”.

Qeyd edək ki, Lovçev Moskva “Spartak”ı və SSRİ yığmasındakı çıxışı ilə tanınıb.