Yığmamızın rəqibi itki ilə üzləşdi
07.09.2013 - 15:36
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığması ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, şimallılar aparıcı oyunçuları Anna Matiyenkonun xidmətindən məhrum olub.
Belə ki, 32 yaşlı təcrübəli voleybolçunun Belarusla I turun oyununda aldığı zədənin ciddi olduğu aşkarlanıb. Sol əlinin barmağı sınan Anna ən azı 6 həftə voleybol oynamayacaq. Bu isə onun üçün Avropa çempionatının bitməsi deməkdir. Matiyenko yığmamızla III turun oyununda da meydana çıxmayacaq.

0
0