BİABIRÇILIQ: Yığmamız qrupda qaldı
08.09.2013 - 21:22
Bu gün Almaniya və İsveçrədə keçirilən qadın voleybolçular arasında Avropa çempionatında qrup oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin III turunda baş tutan Rusiya - Azərbaycan qarşılaşması artıq yekunlaşıb.
Bu görüşün ilk 2 seti Faiq Qarayevin yetirmələrinin taleyinə aydınlıq gətirib. Belə ki, C qrupunda çıxış edən yığmamız Drezden şəhərində keçirdiyi ilk 2 oyunda xalsız qaldığından bu dəfə ən azı 3:1 hesabı ilə qalib gəlməli idi Lakin ilk 2 setdəki məğlubiyyət yığmamız üçün matçın sonluğunu formallığa çevirib.
Qazanılan 2 setlə Rusiya 1-ci yeri təmin etdiyindən, millimizin isə qrup sonuncusu kimi yarışla vidalaşması rəsmiləşdiyindən qarşılaşmanın sonrakı bölümü əhəmiyyət kəsb etməyib. Tarixində ilk dəfə Avropa çempionatına belə erkən vida edən yığmamız təsəlli qələbəsi qazanmaq üçün 3-cü setdə gərgin mübarizənin iştirakçısı olub.
İlk 2 oyununun hərəsində 1 set uduzan rusiyalılar bu dəfə qarşılaşmanı elə 3 hissədə tamamlayıb. Yığmamız təsəlli seti qazanmağa yaxın olsa da, bunu bacarmayıb.
Qeyd edək ki, yığmamız Xorvatiyaya 0:3, Belarusa 1:3 hesabı ilə uduzan komandamız Avropa çempionatında cəmi 1 set əldə edib.
III tur
C qrupu
8 sentyabr
Rusiya - Azərbaycan - 3:0 (25:16, 25:20, 28:26)

Rusiya | 3 | 3 | 0 | 9-2 | 9 |
Xorvatiya | 3 | 2 | 1 | 7-3 | 6 |
Belarus | 3 | 1 | 2 | 4-7 | 3 |
Azərbaycan | 3 | 0 | 3 | 1-9 | 0 |
0
0