7 komanda qrupdan çıxdı
08.09.2013 - 10:25
7 komanda qrupdan çıxdı
Almaniya və İsveçrədə keçirilən qadın voleybolçular arasında Avropa çempionatında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın 2-ci turundan sonra 7 komanda növbəti mərhələyə yüksəlib.

Belə ki, 2-ci qələbəsini qazanan Almaniya, Türkiyə, Belçika, İtaliya, Rusiya, Serbiya və Polşa yığmaları ən azı pley-offa vəsiqəni təmin ediblər. digər 5 komandanın adına isə son tur aydınlıq gətirməlidir. Lakin bu 7 komanda da son turda 1-ci olmaq üçün çalışacaq ki, pley-offda deyil, birbaşa ¼ finalda oynasın.

16 komandanın iştirak etdiyi yarışın ilk 2 günündə uduzan Azərbaycan yığmasının da taleyinə bu gün baş tutacaq son tur aydınlıq gətirəcək. Elə 2 vəsiqənin sahibinin son turda müəyyənləşəcəyi yeganə qrup da yığmamızın çıxış etdiyi C qrupudur. Digər qruplarda artıq 2 xoşbəxt bəllidirsə, bizimkində yalnız Rusiya rahat nəfəs ala bilər.

A qrupu
Almaniya – Hollandiya - 3:2
İspaniya – Türkiyə - 0:3


Almaniya
2
2
0
5-2
5
Türkiyə
2
2
0
5-2
5
Hollandiya
2
0
2
4-6
2
İspaniya
2
0
2
0-6
0


B qrupu
İtaliya – Fransa – 3:1
İsveçrə - Belçika – 0:3


Belçika
2
2
0
6-1
6
İtaliya
2
2
0
6-1
6
Fransa
2
0
2
2-6
0
İsveçrə
2
0
2
0-6
0


C qrupu
Xorvatiya - Rusiya – 1:3
Azərbaycan – Belarus – 1:3


Rusiya
2
2
0
6-2
6
Xorvatiya
2
1
1
4-3
3
Belarus
2
1
1
4-4
3
Azərbaycan
2
0
2
1-6
0


D qrupu
Serbiya – Çexiya – 3:0
Bolqarıstan – Polşa – 1:3


Serbiya
2
1
1
5-3
4
Polşa
2
1
1
5-4
4
Bolqarıstan
2
1
1
4-5
2
Çexiya
2
1
1
3-5
2