Natalya Məmmədova yenə birincidir
09.09.2013 - 09:22
Natalya Məmmədova yenə birincidir
Qadın voleybolçular arasında Avropa çempionatının qrup mərhələsinin III turunun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan – Rusiya matçının ən məhsuldar oyunçusu yenə millimizin hücumçusu Natalya Məmmədova olub.

Komandamızın lideri 15 xalla matçın qəhrəmanı adına yiyələnib. Rəqibin heyətində isə Aleksandra Pasınkova 11 dəqiq zərbə ilə görüşdə ikinci ən çox xal toplayan olub.

Qeyd edək ki, ruslara 0:3 hesabı ilə uduzan komandamız Avropa çempionatında mübarizəni dayandırıb.