Faiq Qarayev “kölgə”yə çəkildi
09.09.2013 - 09:57
Faiq Qarayev “kölgə”yə çəkildi
“Faciəvi startdan sonra psixoloji cəhətdən özümüzə gələ bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Aleksandr Çervyakov deyib.

Almaniya və İsveçrədə keçirilən Avropa çempionatı yığmamız üçün fiasko ilə başa çatdı. Qrup mərhələsinin ilk turunda Xorvatiyaya 0:3 hesablı məğlubiyyət nəinki voleybolçularımıza, elə baş məşqçi Faiq Qarayevə də böyük zərbə oldu.

Təcrübəli mütəxəssis, Voleybol Federasiyasının vitse-prezidenti məhz balkalılarla oyunun ardından “kölgəyə” çəkildi. Bu səbəbdən isə komandamızı Belarus və Rusiya önünə məhz Çervyakov çıxardı və hər 3 görüşdə məğlubiyyətə görə jurnalistlərə o cavab verməli oldu.

Son turda şimal qonşularımıza 0:3 hesabı ilə uduzan mütəxəssis mübarizəni dayandırdığımız təəssüfünü gizlətməyib: “İlk oyun bizim növbəti oyunlarımıza təsir etdi. Aydın idi ki, qrupda 1 komanda mübarizəni dayandıracaq. Bunun Azərbaycan millisi olduğuna təəssüf edirəm”.