Azərbaycan millisi üzərindəki qələbənin faydası
09.09.2013 - 10:16
“Qrup mərhələsini birinci yerdə bitirdiyimiz üçün çox şadıq”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Rusiya millisinin baş məşqçisi Yuri Mariçev deyib.
Təcrübəli mütəxəssis Avropa çempionatının son turunda Azərbaycan millisinə 3:0 hesabı ilə qalib gəldikləri oyunun faydasından danışıb.
Mariçev bu qarşılaşmada əldə etdikləri 2 günlük fasiləni dəyərləndirib: “Qarşıdakı 2 günlük fasiləyə fərqli hisslərlə yanaşıram. Bir tərəfdən fasilə pis deyil, digər tərəfdən isə bunun mənfi tərəfləri var. Biz oyun sistemini yaxşılaşdırmışıq və bu üzdən növbəti mərhələnin necə olmasını gözləyək”.
Qeyd edək ki, hər 3 oyununu qələbə ilə başa vuran Rusiya birbaşa yüksəldiyi halda, eyni sayda məğlubiyyət acısı yaşayan Azərbaycan qitə çempionatına əlvida deyib.

0
0