Natalya Məmmədova: İzah tapa bilmirəm
09.09.2013 - 10:39
Natalya Məmmədova: İzah tapa bilmirəm
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova Avropa çempionatında uğursuz çıxışa münasibət bildirib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin son turunda Rusiyaya 0:3 hesablı məğlubiyyətin ardından mətbuat konfransına qatılan kapitan mübarizədən kənar qalmalarının səbəblərini bilmədiyini deyib.

Onun sözlərinə görə, komanda çox məyusdur: “Biz Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Lakin bunun bəhrəsini görə bilmədik. Nəticələrimiz üçün bizim özümüzdən daha çox məyus olan yoxdur. Bir sözlə, zəif oyunumuza heç bir izah tapa bilmirəm”.

Qeyd edək ki, qrup mərhələsində hər 3 matçını uduzan yığmamız Avropa çempionatını 15-ci yerdə bitirib.