“Faiq Qarayev qərarını emosional şəkildə verib” - MÜSAHİBƏ
09.09.2013 - 12:16
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Aleksandr Çervyakov Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, o, Avropa çempionatındakı uğursuzluqdan və Faiq Qarayevin istefasından danışıb.
- Avropa çempionatında zəif çıxışı necə izah edərdiz?
- Bizim turnirə lazımı səviyyədə hazır olmadığımız üzə çıxdı. Avropa çempionatına ciddi hazırlaşmışdıq, yaxşı çıxış etməyi planlaşdırırdıq. Lakin alınmadı. Çox təəssüf ki, bizim yığma indiki durumda qalib gəlməyə hazır deyil. Əsas toppaylayıcı olmadan və həll olunmamış oyun problemləri ilə Rusiya kimi komandalara qalib gəlmək çətindir.
- Siz Xorvatiya və Belarusa da məğlub oldunuz. Onlar hətta Avropada nəhənglərdən deyil...
- Xorvatiya ilə matç bizim ilk oyunumuz idi. Biz bu matçı boşa verdik. Bu an komandaya psixoloji cəhətdən təsir etdi.
- Bakıda yaxşı maliyyələşən və avrokuboklarda uğurla çıxış edən 5 klub var ki, bu da milliyə az şey verməməlidir. Orada oyunu əsas legionerlər aparır...
- Hər yerdə belə deyil. Polina Rəhimova, Oksana Parxomenko, Valeriya Korotenko “Azərreyl”də oynayırdı. Bu, ad-sanlı və Avropada uğuru olan ciddi bir klubdur. Burada ciddi heyət və yaxşı rəqabət vardı. Həmin oyunçular da orada ehtiyatda oturmurdular. Təəssüf ki, bu azdır.
- Federasiyanın vəziyyəti dəyişmək istəyi varmı? Legionerlərə deyil, yerlilərə limit tətbiq oluna bilərmi?
- Bu mövsümdə dəqiq deyə bilərəm ki, heç bir limit olmayacaq. Lakin yerli oyunçuların inkişafı üçün onların meydandakı sayına “kvota”nın qoyulması ilə bağlı fikirlər var. Federasiya bunu bilir. Yəqin ki, nəticədə belə bir qərara gələcəyik. Amma dərhal yox.
- Xorvatiyaya məğlubiyyətdən sonra istefa verən baş məşqçiniz Faiq Qarayev son 2 oyunu harada keçirib?
- Oteldə. O, çox məyusdu. Bu qərar emosional şəkildə verilib.

0
0