Milli komandamızdan antirekord - STATİSTİKA
09.09.2013 - 14:02
Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Avropa çempionatı final mərhələlərində tarixinin ən zəif nəticəsini göstərib. Apasport.az saytının məlumatına görə, ardıcıl 5 dəfə qitə birinciliyinin həlledici mərhələsinə qatılan yığmamız antirekord müəyyənləşdirib.
Belə ki, bu dəfə Almaniya və İsveçrənin ev sahibliyi etdiyi yarışda Faiq Qarayevin rəhbərlik etdiyi komanda ilk dəfə qrupda qalıb. Buna kimi belə şey olmamışdı. Millimiz ən azından 1 qələbə qazanaraq, mərhələ adlamışdı və ən pis göstəricisi 12-ci yer olmuşdu. Bu dəfə isə Xorvatiya, Belarus və Rusiyaya uduzan voleybolçularımız qələbəsiz qalmaqla, qrupda 4-cü pilləni tutaraq, yarışla vidalaşan 4 yığma sırasına düşdü. Bu azmış kimi, ilk dəfə aktivinə cəmi 1 set yazan təmsilçimiz xal və hissə fərqinə görə də Bolqarıstanla İsveçrədən geri qaldı. Yalnız bir set belə qələbə qazanmayan ispanları qabaqlamağımız isə yarışda 15-ci olmağımızla nəticələndi. Bu da tariximizə antirekord kimi düşdü.
Azərbaycan yığması Avropa çempionatının final mərhələlərində
Qeyd: ilk 3 yarışda məğlubiyyətə 1 xal verilirdi.

İl | O | Q | M | S | X | Tutduğu yer |
2005 | 7 | 4 | 3 | 12-11 | 11 | IV |
2007 | 6 | 1 | 5 | 4-15 | 7 | XII |
2009 | 6 | 1 | 5 | 6-15 | 7 | XII |
2011 | 4 | 1 | 3 | 6-10 | 3 | IX |
2013 | 3 | 0 | 3 | 1-9 | 0 | XV |
Yekun | 26 | 7 | 19 | 29-60 | 28 |

0
0