“Bundesliqa təmsilçiləri Azərbaycan klubları ilə ayaqlaşa bilmir”
15.09.2013 - 13:56
Yeni başa çatan qadın voleybolçular arasında Avropa çempionatı Almaniya mətbuatını sual qarşısında qoyub. Apasport.az saytının məlumatına görə, Bundestimin 2-ci yeri tutması Almaniya voleybol ictimaiyyətini sevindirdiyi qədər də qayğılandırıb. Onlar ölkədə yığmanın uğurlu çıxışı fonunda klubların zəif təsir bağışlaması üzərində baş sındırır.
Bununla bağlı araşdırma yazı hazırlayan həmkarlarımız Bundesliqa klublarının maliyyə cəhətdən Şərqi Avropa təmsilçilərinə uduzmasını əsas gətirib: “Komandanın ulduz voleybolçuları da ölkə xaricindən cəlbedici təkliflər alır. Azərbaycan, Rusiya və Türkiyə klublarının təklif etdiyi əmək haqqının məbləği ilə heç bir Bundeslqia təmsilçisi ayaqlaşa bilmir”.
Qeyd edək ki, Almaniya yığması Avro-2013-ün finalında Rusiyaya uduzmaqla 2-ci olsa da, bu ölkənin klubları üçün avrokubokların həlledici qarşılaşması son illərdə fantastika sayılır.

0
0