Avropa çempionatının finalçısı: Azərbaycanda çox şey öyrənməyə çalışacam
17.09.2013 - 11:58
“Avropa çempionatının gümüş medalına sevinirəm. Bu yaxşı nəticədir, amma təəssüf ki, cəmi 1 oyunda – finalda uduzduq. Biz həmin görüşdə var qüvvəmizlə, hətta imkanlarımızdan artığını meydanda qoysaq da faydası olmadı”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya millisinin voleybolçusu Lenka Dürr deyib.
170 sm boya malik 22 yaşlı libero Avropa çempionatında çıxışlarını dəyərləndirib. Həftənin sonuna kimi istirahət edəcək “İqtisadçı”nın yeni transferi bunun ardından Azərbaycana yollanacağını deyib: “Bu, mənim üçün yeni voleybol dünyasıdır. Yığma ilə mayda Montredə turnirdə olarkən bu variant üzə çıxdı. Bunu birinci dəfə baş məşqçimiz Covanni Quidetti mənə dedi. Azərbaycanlılar xidmətimdə maraqlı idi. Bakı klubu əvvəldən yaponiyalı libero istəsə də, seçimlərini mənim üzərimdə dayandırıblar. Mən bu komandaya da bələdəm. 2012-ci ildə onlarla qarşılaşmışam. Özüm üçün yeni bir ölkəyə gedirəm, orada çox şey öyrənməyə çalışacam. Ümumilikdə, bu, mənim üçün maraqlı olacaq”.
Qeyd edək ki, Almaniya Avropa çempionatının finalında Rusiyaya uduzub.

0
0