Kapello yığmamızla oyuna debütant çağırmaq istəyir
18.09.2013 - 08:28
Kapello yığmamızla oyuna debütant çağırmaq istəyir
DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycanla oyununda Rusiya yığmasına yeni futbolçu çağırıla bilər. Apasport.az saytının məlumatına görə, italiyalı baş məşqçi Fabio Kapello “Zenit”in qapıçısı Yuri Lodıgini yığmaya çağırmaq niyyətindədir.

Qolkiperin oktyabrın 11-də Lüksemburq, 4 gün sonra Azərbaycanla qarşılaşmalara dəvət olunacaq heyətdə yer alacağı gözlənilir. Belə olacağı halda vaxtilə Yunanıstanın U-21 komandasında çıxış edən 23 yaşlı Yuri şimallıların heyətində debüt imkanı qazanacaq.