Azərbaycandan medalsız gedib, Türkiyədə uğuruna inanır
18.09.2013 - 17:28
“Bu il mənim üçün çox fərqli olacaq. Əvvəllər Türkiyə çempionatını elə də izləmirdim. Lakin “Fənərbaxça”nı gözəl taniyirdim”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in sabiq voleybolçusu Aneta Havlikova deyib.
Ötən mövsüm Bakı təmsilçisi ilə heç bir uğur qazana bilməyən Çexiya millisinin hücumçusu transfer olunduğu “Fənərbaxça”nın düşərgəsinə qoşulub. Havlikova Super Liqadan fərqli, qonşu ölkədə uğur qazanacağına inandığını deyib: “Yaxşı mövsüm keçirəcəyimə inanıram. Hədəfimiz komanda olaraq uğurlu çıxış etməkdir. Heyətimiz əladır və tanınmış similar yer alıb”.
Qeyd edək ki, çexiyalı ötən mövsüm Azərbaycan çempionatının simvolik yığmasına daxil olub. O, birinciliyin bombardiri olub.

0
0