Natalya Məmmədova: Özlərini göstərmək istəyirlər
18.10.2013 - 09:02
Natalya Məmmədova: Özlərini göstərmək istəyirlər
“Omiçka”nın şərəfini qoruyan Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova Çempionlar Liqası ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, hücumçu qitənin ən mötəbər klub yarışının qalibi olmaq arzusundadır.

“Rabitə”yə rəqib olacaq Məmmədova bildirib ki, Çempionlar Liqası özlərini göstərmək istəyənlər üçün daha vacibdir: “Mənim üçün Çempionlar Liqasında, yaxud Rusiya Superliqasında oynamağın heç bir fərqi yoxdur. Hər 2 turnirdə keçirdiyimiz matçlarda qələbə qazanmaq istəyirik. Buna görə də həmişə mübariz əhval-ruhiyyədə oluruq. Bəlkə də Çempionlar Liqasının debütantları üçün daha vacibdir. Çünki onlar beynəlxalq arenada özlərini göstərmək istəyirlər”.

Qeyd edək ki, Natalya “Omiçka”ya ötən mövsüm məhz “Rabitə”dən transfer olunmuşdu.