Almaniyalı oyunçu Azərbaycan çempionatından danışdı
18.10.2013 - 10:20
Almaniya millisinin voleybolçusu Lenka Dürr Azərbaycan Super Liqasında debütündən danışıb. Apasport.az saytının məlumatına görə, “İqtisadçı”nın 23 yaşlı liberosu çempionata uğurla başladığı üçün xoşbəxt olduğunu bildirib.
Dürrün sözlərinə görə, “Lokomotiv”lə oyunu klubun prezidenti Şəmsəddin Abbasov da izləyərək, qələbədən sonra sevincini onlarla bölüşüb: “Super Liqada ilk matçımızı keçirdik. Bu oyunda “Lokomotiv”lə qarşılaşdıq. Görüşdə 3:0 hesabı ilə qalib gəldik ki, bu da bizim hamımızı, o cümlədən klubumuzun prezidentini çox sevindirir”.
Almaniyalı bu uğuru Çempionlar Liqasında da davam etdirmək arzusunda olduqlarını deyib: “Növbəti oyunumuz Serbiyanın paytaxtı Belqradda “Srvena Zvezda”ya qarşı olacaq. Biz Super Liqa ilə paralel olaraq, Çempionlar Liqasında da mübarizə aparırıq. Bu yarışda da uğurlu çıxış etmək üçün Serbiyaya matçda bir neçə gün öncə yollanacağıq. Artıq həftəsonu səfərə çıxırıq ki, uyğunlaşmada problem olmasın”.
Qeyd edək ki, “Srvena Zvezda” – “İqtisadçı” matçı oktyabrın 22-də olacaq.

0
0