Rusiyalı nazir: “Rabitə” ciddi rəqibdir
18.10.2013 - 11:49
“Həm Omsk vilayəti, həm də “Omiçka” voleybol klubu üçün Çempionlar Liqasında çıxış etmək fəxrdir”. Apasport.az saytının məlumatına görə, bunu Omsk vilayətinin gənclər, bədən tərbiyəsi və idman naziri Aleksandr Fabrutsius deyib.
Omsk rəsmisi oktyabrın 24-də Bakıya səfər edəcək “Omiçka”ya böyük ümid bəslədiyini bildirib. Onun sözlərinə görə, yığmamızın hücumçusu Natalya məmmədovanın da şərəfini qoruduğu komandanın qarşısına böyük vəzifələr qoyulduğunu bildirib: “Bir müddət əvvəl kişilərin “Dördlər finalı”nın şahidi olduq. Orada da Novosibirskin “Lokomotiv” komandası zəfər çaldı. Lakin voleybol tarixindən heç vaxt Sibirin hansısa qadın komandası Çempionlar Liqasına vəsiqə qazanmayıb. Bu xoşdur ki, birinci biz olduq. Qrupumuzda Azərbaycan, Almaniya və Fransa təmsilçiləri ilə oynayacağıq. Bu klubların hər biri ciddi rəqiblərdir. Lakin “Omsk pişikləri” də hazırda yüksəlişdədir və iddialarımız çox yüksəkdir”.
Qeyd edək ki, “Omiçka” Çempionlar Liqasında debüt matçına Bakıda çıxacaq və “Rabitə” ilə qarşılaşacaq.

0
0