Bakı klubunun yeni kubalısı - FOTO
18.10.2013 - 13:23
Bakı klubunun yeni kubalısı - FOTO
“Azərreyl” daha bir voleybolçu ilə müqaviləni rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” “Lokomotiv Biləcəri” dağıldıqdan sonra düşərgəsində olan Yunieska Robleslə danışıqları müsbət yekunlaşdırıblar.

Kubalı hücumçu 2013/2014 mövsümündə “Azərreyl”in şərəfini qoruyacaq. Onun adı avrokubokda iştirak üçün Avropa Voleybol Konfederasiyasına göndərilən sifariş ərizəsində olmasa da, bu günlərdə daxil ediləcək.

Qeyd edək ki, Bakı klubu öncə Oksana Parxomenko, Anastasiya Qurbanova, Şəfaqət Həbibova, Aynur Kərimova, Oksana Kisilyova, Aleksandra Prupas, Ceyran Əliyeva, Ülkər Kərimova, Ayşən Abduləzimova, Yekaterina Jidkova (hamısı Azərbaycan), Dusanka Kariç (Serbiya), Cennifer Doris və Qvendolin Rukerlə (hər ikisi ABŞ) müqavilə imzalamışdı.