Azərbaycan çempionunun oyununa biletlərin qiyməti açıqlandı
19.10.2013 - 16:02
Azərbaycan çempionunun oyununa biletlərin qiyməti açıqlandı
Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionu “Rabitə”nin Çempionlar Liqasının “Omiçka” ilə oyununun biletlərinin qiyməti məlum olub. Apasport.az saytının məlumatına görə, Rusiya təmsilçisi ilə Omskda baş tutacaq qarşılaşmaya giriş haqqı ən 80-150 rubl olacaq. Bu isə o deməkdir ki, dekabrın 17-dəki matça ən ucuz bilet 1 manat 60 qəik, ən bahalısı isə 3 manatdır.

Blinov adına İdman Konsert Kompleksində baş tutacaq qarşılaşmanın biletləri artıq oktyabrın 21-dən satışa çıxarılacaq. Lakin mövsümlük abunə alanlar biletsiz qarşılaşmanı izləyə bilər. “Rabitə”nin sabiq üzvü, Azərbaycan yığmasının hücumçusu Natalya Məmmədovanın komandası ilə görüşü xeyriyyə xarakteri də daşıyacaq. Belə ki, hər biletdən 1 rubl bahalı müalicəyə ehtiyacı olan imkansız uşaqlara yardım edən “Raduqa” xeyriyyə fonduna köçürüləcək.