Ancelo Vercesi: Onları sevindirmək istəyirik
21.10.2013 - 09:34
Ancelo Vercesi: Onları sevindirmək istəyirik
“Biz qrupdakı bütün komandalara hörmətlə yanaşırıq. Buna baxmayaraq, vəzifəmiz və məqsədimiz mümkün qədər irəliləməkdir”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un baş məşqçisi Ancelo Vercesi deyib.

Braziliyalı mütəxəssis Çempionlar Liqasında “Yamamay”la oyun öncəsi fikirlərini açıqlayıb: “Çempionlar Liqasında mübarizəyə öz meydanımızda, doğma azarkeşlər önündə başlayacağıq. İlk oyundakı qələbə ilə tərəfdarlarımızı sevindirmək istəyirik. Sabah qarşılaşacağımız “Yamamay”a gəlincə, bu klubda bir az dəyişikliklər olub. Komandanın heyəti ötən mövsümlə müqayisədə yenilənib. Amma yenə də İtaliya təmsilçisi güclü voleybolçulara malikdir”.

Qeyd edək ki, oktyabrın 22-də Voleybol Mərkəzində baş tutacaq görüş saat 18:00-da başlayacaq.